• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 22.04.2022 12:04

Yük avtomobili ilə narkotik daşıyan şəxslər saxlanılıblar

KepezTV Player

Masallıda yük avtomobili ilə narkotik daşıyan şəxslər saxlanılıb. Onlardan ümumilikdə 35 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb. Bakı və Abşeron sakinləri isə Yardımlıda külli miqdarda narkotik və psixotrop maddə ilə tutulublar.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakinləri Elnur Məmmədov və Elçin Məmmədov, Sumqayıt şəhər sakini Pərviz Məhərrəmov sonuncunun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə birlikdə Masallı rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onlardan ümumilikdə 35 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər həmin narkotik vasitələri və psixotrop maddəni xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə ediblər. Və məqsədləri ölkə ərazisində narkotik vasitələr və psixotrop maddənin satışını təşkil etmək olub. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.