• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 674
— 21.04.2022 11:55

Sinif yoldaşını bıçaqlayan qızın məktəbə gəlməsi narazılığa səbəb olub

KepezTV Player

Gəncədə iki gün öncə sinif yoldaşını bıçaqlayan qızın yenidən məktəbə gəlməsi valideynlərin narazılığına səbəb olub. Övladlarının sağlamlığına xəsarət yetirilməsindən ehtiyat edənlər 8 nömrəli məktəbin qarşısına toplaşaraq şagirdin məktəbi tərk etməsini tələb ediblər. Əks halda uşaqlarını başqa məktəbə keçirmək məcburiyyətində qalacaqlarını bildiriblər. Məktəbdən verilən məlumata görə, hadisəni törədən şagird münaqişə yaratmağa meylli olub. O, bir müddət əvvəl bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun sözlərinə görə, hadisə ilə əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb.