Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev “Qubadlı” və “Qazax” əlahiddə sərhəd diviziyalarının hərbi hissə və bölmələrinə səfər ediblər. Ermənistan ilə dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb. Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən sərhəd yollarının çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikinti-quruculuq işləri və təhlükəsizlik tədbirləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüş keçirilib, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitləri ilə tanışlıq olub. Eləcə də xidməti müşavirələr keçirilib, zəruri tapşırıq və tövsiyələr verilib. Səhra təlim mərkəzində DSX-nin taktiki təlimləri izlənilib. Qeyd edək ki, son bir il ərzində azad edilmiş ərazilərdə 19 yeni hərbi hissə, 100-dən artıq sərhəd döyüş məntəqəsi fəaliyyətə başlayıb.
- Baxış: 387