• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 20.04.2022 20:01

Göygöl və Kəlbəcəri birləşdirəcək yolda işlər davam edir

KepezTV Player

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik uzunluğu 80.7 km olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda işlər tam sürətlə davam edir. Yol 2-3 hərəkət zolaqlı olmaqla 1 və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunda hazırda 12-13 və 26-28 km-lik hissələrdə torpaq yatağının, həmçinin zəruri nöqtələrdə suötürücü boruların tikintisi davam edir. Layihə üzrə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası həyata keçirilir. Artıq tuneldə gediş istiqaməti üzrə 1400, gəliş istiqaməti üzrə isə 1200 metr olmaqla qazma işləri tamamlanıb.