• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 19.04.2022 16:21

Məktəbli qızların mübahisəsi qanla bitdi

KepezTV Player

Gəncədə məktəbdə eyni sinifdə oxuyan qız şagirdlər arasında mübahisə xəsarətlə nəticələnib. 8 nömrəli orta məktəbində baş verən hadisədə 9-cu sinifdə oxuyan məktəbli tənəffüs zamanı dəhlizdə aralarında yararan münaqişə səbəbindən yoldaşını kəsici alətlə zədələyib. Olayın ardından xəsarət alan şagird dərhal yaxınlıqdakı özəl xəstəxanalardan birinə yerləşdirilib və lazımi tədbirlər görülüb. Yeniyetmənin vəziyyəti normaldır və bir neçə gün həkim nəzarətində olacaq. Hadisəni törədən şagird isə qaçıb və tapılması istiqamətində axtarışlar aparılır, faktı Gəncə şəhər Baş Polis İdarəsində araşdırırlar.