• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 19.04.2022 12:05

İftar süfrəsində kütləvi zəhərlənmə olub

KepezTV Player

Göyçay rayonunun Çərəkə kəndində kütləvi zəhərlənmə qeydə alınıb. İftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib. Göyçay Rayon Polis Şöbəsinə Rayon Mərkəzi Xəstəxanasından daxil olan məlumat əsasında ilkin araşdırma aparılıb. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərlənib. Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. TƏBİB də baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayaraq hamısı kişi olan 10 nəfərin Alimentar Qastrid diaqnozu ilə Təcili Tibbi Yardım bölməsinə daxil olduğunu açıqlayıb. Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar.