• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1029
— 18.04.2022 20:34

Düşmənin mina təhlükəsi: 20 azərbaycanlı son anda xilas oldu

KepezTV Player

Görünən odur ki, Ermənistan tərəfi mülki əhaliyə qarşı mina terrorunu davam etdirir. Beynəlxalq ictimaiyyət qarşısında humanist görüntü yaratmaq məqsədilə verdiyi mina xəritələrinin isə cəmi 20 faiz dəqiqliyi var. Elə tapılan tank əleyhinə mina də bunun əyani sübutudur.

Kəlbəcərin Günəşli kəndinin bir qrup sakini doğma yurdlarına ziyarət edərkən minaya düşməkdən son anda qurtulublar. Sıx yaşayış evləri olan kənd daxilindəki yolun üzərində basdırılan tank əleyhinə partlayıcını Müdafiə Nazirliyinin minaaxtaran hərbçiləri aşkar edib. Ziyarətdə Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən ibarət ümumilikdə 20 nəfər iştirak edib. İlkin araşdırmalarla müəyyən edilib ki, tank əleyhinə mina bura 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə basdırılıb. Məqsəd evlərinə qayıdacaq azərbaycanlılara qarşı kütləvi insan tələfatı törətmək olub.

Əfsəl Mirzəyev Kəlbəcər sakini: Bizim kəndimiz Günəşli kəndidir. Günəşli kəndində ilk ziyarət etdiyimiz yer qəbiristanlıq oldu. Orada bizim birinci Qarabağ müharibəsində şəhidlərimiz vardı. Sonra gələndə mən qrup rəhbərindən Sənan müəllimdən xahiş etdim ki, mən 2 dəqiqəlik icazə verin çəkim evimizi həyətə girim bəlkə orada nəsə nişanə tapdım.

Sənan Hüseynov QMKİDK-nın şöbə müdiri: Minaaxtaranlardan xahiş etdik ki, bizim hərbçilərimizlə birlikdə düşsünlər və hərbçilərimizlə birlikdə düşərkən onlar orada tank əlehinə minanı aşkarladılar. Təbbi ki, kamandir dərhal gəldilər orada minanın zərərsizləşdirilməsi üçün əməliyyata başladılar. Oradakı mina mütəxəssislərin dediyinə görə, tank əlehinə mina idi və sürpriz mina ilə birlikdə idi. Maşında olan 20 nəfərin həyatı xilas olundu.

Hərbçi-Ətrafa qoyublar bilirlər ki, bu yollar işlənəcək. Buna görə də belə şeylərdə ehtiyatlı olmaq lazımdır.