• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 17.04.2022 20:06

Gürcüstan nümayəndə heyəti ermənilərin Gəncədə dağıtdıqları əraziyə baş çəkiblər

KepezTV Player

Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət nümayəndə heyəti Ermənistan ordusunun oktyabrın 11-də və 17-də cəbhə bölgəsindən aralıda yerləşən Gəncə şəhərinin dinc sakinlərini qadağan olunmuş silahlardan atəşə tutması nəticəsində həlak olmuş həmvətənlərimizin xatirəsini anıblar. 21 nəfərdən ibarət nümayəndə heyəti qanlı terror hadisəsinin baş verdiyi əraziyə gül dəstələri qoyublar. Qeyd edilib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törədilmiş terror aktı Xocalı soyqırımından sonra Azərbaycan xalqına qarşı həyata keçirilən daha bir dəhşətli faciədir. Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir.