Gəncədə “İnteqrasiya olunmuş sosial xidmətlər” layihəsi çərçivəsində dəyirmi masa keçirilib. Layihə Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi, UNİCEF Azərbaycanın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iştirakı ilə UAFA – Azərbaycana Birgə Yardım Təşkilatı Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzi tərəfindən icra edilib. “Əlilliyi olan uşaqların rifahı üçün sosial xidmətlərin rolu” mövzusundakı dəyirmi masada 3 il ərazində icra olunan layihədən 288 uşaq, 78 valideynin bəhrələndiyi vurğulanıb. Layihə müddətində ehtiyacı olan uşaqlara, həmçinin onların valideynlərinə psixoloji dəstək göstərilib, hüquqi məsləhətlər verilib, idman və incəsənət yönümlü tədbirlər keçirilib. 59 uşaq təhsil müəssisələrinə cəlb olunub. Mövzu ətrafında çıxışlar edilib, fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.
- Baxış: 764