• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1591
— 16.04.2022 12:12

Gəncənin Şəhidlər Xiyabanında iməclik keçirilib

KepezTV Player

Bu gün Gəncənin Şəhidlər Xiyabanında ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad olunmasında canından keçərək ən yüksək zirvəyə ucalanların əziz xatirəsi yad edilib.Gəncə şəhəri İcra hakimiyyətinin təşkilatçılığı ilə ərazidə təmizlik işləri aparılıb, iməcilik keçirilib. YAP Gəncə şəhər təşkilatının könüllüləri və Vətən müharibəsi əlillərinə kömək ictimai birliyinin təmsiçiləri də xiyabanda səliqə-səhmanın yaradılmasına töhfə veriblər. Qurumuş otlar, qəbrlərin ətrafı kol-kosda təmizlənərək əraziya yeni ağaclar və güllər əkilib. İməclikdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xiyabana gələn qazilərlə və şəhid ailələrinin üzvləri ilə görüşüb.