Erməni işğalına son qoyulandan sonra azad edilən ərazilərdə icra edilən layihələr sırasında kommunikasiyaların açıqlmasına xüsusi önəm verilir. Ələxsus da nəqliyyat əlaqələrinin bərpası istiqamətində avtomobil və dəmir yollarının qurulması prioritetdir. Bu baxımdan Ermənistanla sərhəddə qədər olan Horadiz-Ağbənd dəmir yolu xəttinin inşaası xüsusi önəm kəsb edir. Azərbaycanın əsas hissəsini Naxçıvan, eləcə də Avropa ilə birləşdirəcək polad yolun çəkilişi barədə əməkdaşımız Elnur Vahidoğlunun hazırladığı videomaterialda tanış olacaqsınız.
Biz hal hazırda Cəbrayıl rayonun Böyük Mərcanlı kəndi ərazisindəyik. Horadiz Dəmir Yol Stansiyasından bura 16,5 km-dir. Bu dəmir yol xəttində demək olar ki, bütün reyslər qoyulub. Bu reyslərin əvvəlki reyslərdən fərqi odur ki, bunlarıın uzunluğu 800 metrdir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə və tikinti işlərini, eləcə də texniki nəzarəti Azərbaycan və Türkiyə şirkətləri həyata keçirir. 110,4 km-lik yolda Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd olmaqla 9 stansiyanın inşası planlaşdırılır. Dəmir yolu xəttinin keçəcəyi ərazinin 82 km-i minalardan təmizlənib, tikinti işləri minatəmizləmə prosesi ilə paralel aparılır.
Üç mərhələdə həyata keçirilən işlərin ilkin etapı 30 km-lik Horadiz-Soltanlı sahəsidir. Burada torpaq işləri 97%, suni qurğular 93%, dəmir yolunun üst quruluşu elementləri isə 80% -i ivra edilib. Bu mərhələ üzrə ümumi icra vəziyyəti 89% təşkil edir.
Ərazidə görülən təmir zamanı köhnə reyslər gördüyünüz bu teplovazlar vastəsi ilə də ərazidən daşınır.
İkinci mərhələ Soltanlı-Mincivan stansiyalarını əhatə edir və yolun 30-85 km-lik hissəsində həyata keçirilir. Bu mərhələdəki işlərin ümumilikdə 17%-i icra olunub.
Eyni zamanda yol boyu 300-ə yaxın suni mühəndis qurğusunun, o cümlədən 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücünün tikintisi nəzərdə tutulur.
Horadiz Ağbənd dəmir yol stansiyasının üzərində yerləşən növbəti körpü gördüyünüz bu ərazidə yerləşir. Cəbrayıl rayonu ərazisində yerləşən bu körpününü uzunluğu 72 merdir. Burada işlər təxminən 1 ay sonra başa çatacaq. Ümumilikdə Horadzi dəmir yol stansiyasından bu körpüyə qədər olan məsafə 42 km-dir.
Üçüncü mərhələdə işlər isə Mincivan-Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edəcək. Hazırda həmin ərazidə minalardan təmizləmə işlərinə hazırlıq görülür. Ölkə başçısı İlham Əliyev tərəfindən ötən il fevralın 14-də təməli qoyulan dəmir yolu üzrə işlərin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.
Elnur Vahidoğlu
- Baxış: 406