• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 15.04.2022 12:09

Güzəştli mənzillərlə bağlı saxlanılan şəxslər məsuliyyətə cəlb ediliblər

KepezTV Player

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin  güzəştlə satışı prosesi yerinə yetirilərkən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə etməklə mənzillərin seçimi prosesinə müdaxilə edənlər həbs olunublar. Bu yöndə araşdırma aparılması ilə bağlı agentlik Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. Hər iki qurumun birgə məlumatına görə, Elçin Məmmədov, Ruslan Hacıyev, Firudin Hüseynov, Yunis Lətifzadə , Tərlan Abdullayev, Cavid Məmmədov digərləri ilə əlbir olub “Güzəştli mənzil” informasiya sisteminə giriş əldə ediblər. Maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə kompüter məlumatlarını qəsdən təkrar dəyişdiriblər. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər. Araşdırmalar davam edir.