• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1733
— 14.04.2022 13:58

Məcburi köçkünlərin vahid e-məlumat bazası yaradılıb

“Məcburi köçkünlərin uçotunun dəqiqləşdirilməsi, vahid elektron məlumat bazasının yaradılması təmin olunub. Repatriasiya prosesinin çevik və şəffaflıqla aparılmasına imkan verən avtomatlaşdırılmış sistem yaradılıb”. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məlumat verib. Qeyd edib ki, bu kateqoriyadan olan insanların problemlərinin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılıb. Monitorinqlərin davam etdirildiyini deyən komitə sədri, bəzən neqativ halların yaşandığını da təəssüflə qeyd edib. 
Rövşən Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri: Elə hallar olur ki, bunların özlərinin mənzilləri olur, amma öz adlarına olmur. Onlar kimlərinsə adlarına olur. Amma, yataqxanada yaşayırlar.  Yataqxana da təbii ki, nə üdəər insan ailə varsa köçürülür yeni qəsəbəyə. Yeni qəsəbəyə keşəndən bir müddət sonra biz görürük ki həmin evlərdə yaşayış yoxdu. İşıq istifadəsi olmur, su istifadəsi olmur.   Belə olan halda biz məhkəməyə müraciət edirik və  510 belə müraciətimiz var. Məhkəmə qərarı, olandan sonra dövlət komitəsində son 4 ildə Azərbaycanda olan məcburi köçkün ailələri, qazilər. Belə siyahılar var. Növbə əsasında həmin evlər qayıdırsa, biz onu həmin insanlara veririk.