“Böyük Qayıdış” proqramının həyata keçirilməsi istiqamətində mina təhlükəsinin aradan qaldırılması və əlverişli yaşam şəraitinin yaradılması ilə əlaqədar işğaldan azad edilən Talış kəndi və Suqovuşan ərazilərindəki təmizlənmə sahələrinə dronlar gətirilib. Minatəmizləmə Agentliyi ilə əldə olunan razılaşma çərçivəsində Britaniya şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar Qarabağda mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub. Layihə çərçivəsində keçən il süni intellektin istifadəsi ilə Zəngilan, Füzuli, Cəbrayıl, Tərtər və Qubadlı rayonları üzrə 18 min hektar ərazi təhlil edilib. Dronların üzərindəki kameralarla ərazi üzrə məlumatlar toplanır, xəritə üzərində emal edilir və təhlil edilən ərazinin hansı növ partlayıcı qurğularla çirklənmə səviyyəsini müəyyən etmə imkanı yaradır.
- Baxış: 475