• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2405
— 12.04.2022 20:32

Ehtiyatsızlıq qəza ilə nəticələndi

KepezTV Player

Bu gün səhər saatlarında Şəmkir rayonunun Zəyəm qəsəbəsində iki nəfərin xəsarət alması ilə nəticələnən qatarvurma hadisəsi qeydə alınıb. Hadisənin təfərrüatları qarşıdakı sujetdə.

Şəmkirin Zəyəm qəsəbəsinə qonaq gələn Sabirkənd kənd sakini, 2003-cü il təvəllüdlü Nurcan Məmmədova və onun qohumu Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Aysel Həsənova səhər saatlarında qohumlarıgilə gedərkən dəmiryolu xəttini keçməli olublar. Bu zaman ehtiyatsız davranan gənclər reysləri keçərkən diqqətlərindən yayınan qatarı görməyiblər. Yaxınlaşan nəqliyyat vasitəsinin fit səsini gec eşitdiklərindən lokomotivin küləyi onları vuraraq kənara atıb. Bu zaman bədəninin müxtəlif nayihələri zədələnən hər iki xanım Şəmkir rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Qəsəbəni iki hissəyə böldüyündən, eləcə də qəza baş verən ərazidə məktəb, xəstənaxana və digər sosial obyektlər yerləşdiyindən sakinlər tez-tez dəmiryolu reyslərinin üzərindən keçmək məcburiyyətində qalırlar. Belə olan halda hadisələr qaçılmaz olur. Qəsəbə sakinləri də bu haqda danışaraq ərazidə yeraltı və yerüstü piyada keçidinin olmamasına diqqət çəkiblər.

11000 nəfərə yaxın əhalisi olan Zəyəm qəsəbəsində bu ilk belə hadisə deyil. Bu günkü qəza son 3-4 il ərzində 4-cü olaydır. Sakinlər mütəmadi olaraq hər gün keçməli olduqları dəmiryolu xəttinin üzərində piyada keçidinin olmasını mütləq hesab edirlər.