FHN-də müşavirə keçirilib. Nazir Bakı şəhərində yerləşən “Location” gecə klubunda baş vermiş partlayış barədə danışaraq, ictimai-iaşə obyektlərinin, o cümlədən binaların zirzəmi və birinci mərtəbələrində yerləşən obyektlərin xüsusilə qaz təsərrüfatlarında aşkar edilən yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması hallarının acı faciələrə yol aça bildiyini vurğulayıb. Qeyd edib ki, FHN-in nəzarət qurumlarının sahibkarlıq subyektlərində yoxlama keçirməsi üçün hazırda mövcud olan prosedurdan sui-istifadə edən işbazlar bir sıra hallarda təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar. Belə ki, obyektdə nəzarət tədbiri həyata keçirən Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektoru aşkar etdiyi çatışmazlıqlar, o cümlədən maye qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulma hallarını yerində aradan qaldırıb müvafiq sənədləşmə işlərini bitirərək obyekti tərk etdikdən sonra obyekt sahibi yenidən həmin qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulmanı bərpa edir ki, bu da sonda ağır faciələrə gətirib çıxarır.Xüsusilə qaz balonlarının istismarı, onların obyekt daxilində nəzarət tədbirləri zamanı kənarlaşdırılması və utilizasiyası ilə bağlı konkret mexanizm olmadığından bir sıra hallarda inspektor tərəfindən zəruri tədbirlərin görülməsi qeyri-mümkün olur. Odur ki, maye qaz balonlarının doldurulması, istismarı, balonların texniki təhlükəsizlik qaydalarının tələblərinə nəzarət aidiyyəti qurumlar tərəfindən təmin olunmalıdır.
- Baxış: 445