• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 08.04.2022 14:40

Narkotik satan və alan şəxslər saxlanılıblar

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Elgün Məmmədov və Rüfət Quluzadə saxlanılıblar. Onlar üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkarlanaraq götürülüb.Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə narkotik maddəni 105 manata satan Gəncə şəhər sakini Orxan Qasımov da saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitə satmasını etiraf edib.

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.