• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3194
— 07.04.2022 11:52

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Araşdırmalarla, Gəncə şəhər sakini Zakir Mayilovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında “VAZ” markalı avtomobili ilə avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub. 

Konstruksiya dəyişikliyi aşkarlanıb)) Bundan başqa, polis əməkdaşlarının keçirdikləri monitorinqlər zamanı “VAZ” markalı avtomobil sahibinin qanunsuz olaraq nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi aşkarlanıb. Həmin sürücü ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, ona Yol Hərəkəti haqqında Qanunun tələbləri barədə məlumat verilib. Barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub