• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1263
— 05.04.2022 19:40

"Kəpəz"dən növbəti məğlubiyyət

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 20-ci tura start verilib. İlk oyun günü “Kəpəz” Gəncə şəhər stadionunda “Keşlə-2”ni qəbul edib. Qarşılaşma erkən qolla başlayıb. Qonaqlardan 11-ci Emin Quliyev rəqib qapısına yol taparaq hesabı komandasının xeyrinə dəyişib. İlk yarının sonunadək meydan sahibləri qol vurmaq istəsələr də, bunu bacarmayıblar. İkinci hissəyə də bakılılar aktiv start veriblər. Bunun nəticəsi olaraq paytaxt kollektivi penalti qazanıb. 50-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini yerinə yetirmək üçün topun arxasına keçən Elnur Süleymanov şansını qaçırmayıb. 0:2. Bu həm də görüşün yekun nəticəsi olub. “Keşlə-2”yə 2 cavabsız qolla uduzan “Kəpəz” ard-arda ikinci məğlubiyyətini alıb.