KepezTV Player
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçirilib. Gəncədə imtahanlar 7 binada təşkil edilib. 1871 nəfərin iştirak etdiyi imtahan təlimata uyğun olaraq verilən bütün qaydalara əməl olunmaqla baş tutub. İştirakçıların hamısı yoxlanıldıqdan sonra sinif otaqlarına daxil olublar. 21 imtahan, 7 ümumi imtahan rəhbəri, eləcə də 154 nəzarətçi-müəllim imtahanların gedişatını izləyib. Cavablar Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında yerləşdiriləcək.
- Baxış: 987