Futbol üzrə 1-ci divizionda 19-cu tura yekun vurulub. Son oyun günü Turan Tovuz evdə Qarabağ-2-ni qəbul edib. Qarşılaşma erkən qollarla başlayıb. Əvvəlcə 6-cı dəqiqədə meydan sahiblərindən Sadiq Şəfiyev qapıya düşərək komandasını hesabda önə keçirib. Cəmi 7 dəqiqə sonra qonaqlardan Ruslan Bayramov yumşaq mərmini başıyla tora salaraq tarazlığı bərpa edib. İlk yarı 1:1 hesablı nəticəylə bitib. Fasilədən sonra da iki qol qeydə alınıb. Bu dəfə ilk olaraq ağdamlılar hesabı xeyirlərinə dəyişib. Seyxan Fərəcov yerli azarkeşləri üzüb. Ancaq sonadək mübarizə aparan Turun Tovuzdan Faiq Hacıyev rəqib qapıçının kobud səhvini bağışlamayıb və komandasına 1 xal qazandırıb. Bununla da tovuzlular yeni baş məşqçi Əfqan Talıbovla çıxdıqları ilk oyunda 4 oyunluq məğlubiyyət seriyasına son qoyublar.
- Baxış: 396