• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 01.04.2022 19:20

"Kəpəz" məğlub oldu

KepezTV Player

1-ci divizionda XIX turun oyunları çərçivəsində "Kəpəz" Bakıda meydana çıxıb. Komandamız səfərdə "Neftçi-2" ilə qarşılaşıb. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol ikinci hissədə vurulub. Ağ-qaralardan qollara 61 və 64-cü dəqiqələrdə Nihad Qurbanlı imza atıb. Kəpəz bu məğlubiyyət ilə 28 xalla turnir cədvəlində 7-ci pilləyə düşüb. Sarı-göylərin növbəti qarşılaşması aprelin 5-i evdə Keşləyə qarşı olacaq.