Rusiyanın Azərbaycandakı səfiri Mixail Baçarnikov Qarabağdakı sülhməramlı kontingentin Ukraynaya göndərilməsi məsələsinə münasibət bildirib. Deyib ki, bu barədə yayılan məlumatlar həqiqətəuyğun deyil. Səfir eyni zamanda Azərbaycanın Ermənistana sülh danışıqlarına başlamaqla bağlı təklif irəli sürdüyünü xatırladıb və bu məsələdə Rusiyanın hər zaman dəstək verməyə hazır olduğunu qeyd edib. Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycan haqqında fikirlərinə də münasibət bildirən səfir deyib ki, bu açıqlama Rusiyanın rəsmi mövqeyini qətiyyən əks etdirmir.
Mixail Boçarnikov - Rusiyanın Azərbaycandakı səfiri: “Onun bəyanatını və fikirlərini son dərəcə mənfi qiymətləndirirəm. Hesab edirəm ki, bunlar Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə bilavasitə xələl gətirə biləcək, qəbuledilməz fikirlərdir. Qeyd etmək istəyirəm ki, bu deputatın fikirlərini Rusiya hakimiyyəti də mənfi qarşılayıb. Yəqin ki, həmin açıqlamanın Rusiyanın mövqeyi olmadığını deməyə ehtiyac yoxdur. Deputatın özü də bu fikirlərə görə ötən gün mətbuat vasitəsilə açıq şəkildə üzr istəyib”.
- Baxış: 351