• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2483
— 30.03.2022 16:01

Mixayıl Delyagin beynəlxalq axtarışa verildi

KepezTV Player

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Qennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 martda Mixayıl Delyagin təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışa elan edilib.Eyni zamanda, bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.