• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 30.03.2022 16:23

Ailələrə bayram yardımı paylanılır

KepezTV Player

Ramazan ayı münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyə Dəyanət Vəqfi, Almaniyada fəaliyyət göstərən Türkiyə Dəyanət işləri islam birliyi təşkilatı Azərbaycanda yardım aksiyası həyata keçirir. Gəncədə Türkiyənin Baş Konsulluğunun təşkilatlığı ilə baş tutan aksiyada 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin və qazilərin ailələrinə, aztəminatlı və imtiyazlı olan 600 ailəyə bayram sovqat təqdim ediləcək. Vətən müharibəsi zamanı ermənilərin Gəncəni raket atəşinə tutmasından zərər çəkənlərə də gündəlik ərzaq məhsukllarından ibarət yardımı ediləcək. Adıçəkilən yardım bağlamaları şəhərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vasitəsilə göstərilən ünvanlara çatdırılacaq. Ümulikdə ölkə üzrə 2500 ailəyə pay göndəriləcək.