• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1696
— 30.03.2022 16:03

Fərrux kəndində daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb

KepezTV Player

Xocalı rayonunun Fərrux kəndində daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb. Kənd ətrafında ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş azərbaycanlıların skeletləri aşkar edilib. Dünən də Xocalı rayonunun Fərrux kəndində insan skeletləri aşkarlanmışdı.Belə ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edib. İnsan qalıqlarının Birinci Qarabağ müharibəsində Fərrux dağı uğrunda gedən hərbi əməliyyatlarda həlak olan hərbiçilərimizə və Xocalı soyqırımı zamanı bu yolla çıxmaq istəyən azərbaycanlılara aid olduğu ehtimal edilir.