KepezTV Player
Prezident İlham Əliyev Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbul edib. Vurğulanıb ki, 30 illik dövrdə uğurlu əməkdaşlığın həyata keçirilməsi əlaqələrimizin bundan sonra da genişlənməsi üçün yaxşı zəmin yaradır. Görüşdə neft, qaz, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasında Azərbaycanın iştirakı qeyd edilib. Prezident İlham Əliyev post-münaqişə dövründə gedən proseslər barədə danışıb.
- Baxış: 312