• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 30.03.2022 12:13

Kiyev, Çerniqov, Xarkov və Xmelnitskə zaket zərbələri endirilib

KepezTV Player

İstanbul görüşünün ardından Rusiya Kiyev və Çerniqov şəhərlərinə hücumları azaldacağına dair açıqlamalar versə də, bu gecə Kiyev də daxil olmaqla, Ukraynanın bir çox şəhərlərinə raket zərbələri endirilib. Hücumlarda rus ordusunun geri çəkildiyi İrpin şəhəri və ölkənin ən mühüm hava limanının yerləşdiyi Borispol da hədəf alınıb. Eyni zamanda, Xarkov da çoxsaylı raket zərbələrinə məruz qalıb. Şəhərin bəzi mülki ərazilərinin vurulduğu açıqlanıb. Ukraynanın daha əvvəl hücuma məruz qalmayan bölgələrindən olan Xmelnitsk vilayətinə də Kalibr ballistik raketləri ilə zərbələr endirilib.