• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1206
— 29.03.2022 10:48

Təcili tibbi Yardım avtomobili qəza törədib

KepezTV Player

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Əbülüla Gəncəvi küçəsində qeydə alınıb. Hərəkətdə olan “UAZ” markalı avtomobil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü 1972-ci il təvəllüdlü Vidadi Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəzaya düşən “UAZ” markalı avtomobil Təcili Tibbi Yardım maşını olub. Faktla bağlı araşdırma aparılır.