• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2187
— 28.03.2022 16:23

Gəncədə narkotik satmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitə satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Sadıqov saxlanılan zaman onun üzərindən külli miqdarda narkotik vasitə olan “heroin” və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Bundan başqa bölmə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Mahir Musayevdən də narkotik maddə olan “heroin” aşkarlanıb. Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə onlayn yolla əcnəbi vətəndaşdan aldığı narkotik vasitəni satmaq istəyən Elvin Abdurəhmanov saxlanılıb. Şübhəli şəxsdən külli miqdarda narkotik maddə olan “heroin” və “metamfetamin” aşkar olunaraq götürülüb.

Narkotik maddə satmaq istəyən digər şəxs İbrahim Allahverdiyev saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilən zaman isə onun üzərində müxtəlif bükümlərdə narkotik vasitə aşkarlanıb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.