Sabiq Prezident Ayaz Mütəllibovla vida mərasimi keçirilib. Mərasim Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində baş tutub. Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib. Daha sonra Mütəllibov 1-ci Fəxri xiyabanda dəfn olunub. Xatırladaq ki, 84 yaşlı sabiq prezident uzun müddət yüksək qan təzyiqindən əziyyət çəkirdi və o, ötən gün dünyasını dəyişib. Ayaz Mütəllibov 1991-ci il sentyabrın 8-də Azərbaycanın prezidenti seçilib. 1992-ci il Xocalıda törədilən qətliamdan sonra həmin il martın 6-da istefa verib.
Elnarə Mütəllibova - mərhumun gəlini: 5 ay olar hardasa, yavaş-yavaş başladı halı pisləşməyə. Müalicə alırdı klinikada, sonra çıxdı, sonra yenə düşdü xəstəxanaya. Sonra axrıncı dəfə götürdük, vəziyyəti yaxçı deyildi, özümüz evdə necə qulluq edə bildik, bildik. Hər şeyi anlayırdı, başa düşürdü, amma son 3 gündə danışmırdı. Çox kədəliyəm, ata kimi olub mənə qayınata yox.
Nərgiz Hacıyeva - mərhumun gəlini: Bir 3 aydır xəstədir, bir 3 gündür bilirdik ki, vəziyyəti çox pisdir. Çox gözəl insan idi, çox xeyirxah, çox yaxşı adam idi. Hamısını xeyirxahlıqla qarşılayırdı.
- Baxış: 576