• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2002
— 28.03.2022 12:08

Qanunsuz tikintinin qarşısı alınıb

KepezTV Player

Gədəbəydə qanunsuz tikintinin qarşısı alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən rayonun Novosaratovka kəndində vətəndaş Məmmədova Rübabə Məlik qızı tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib. Göstərilən məsələ ilə əlaqədar Agentlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.