• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 722
— 27.03.2022 20:54

"Teatrda bir gün"

KepezTV Player

Dünya Teatr Günü münasibətilə Gəncə Dövlət Kukla  Teatrında “açıq qapı” günü keçirilib. Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

“Teatrda bir gün” adı altında gerçəkləşən aksiyada balaca tamaşaçıları nağıl qəhrəmanları qarşılayıblar. Layihə çərçivəsində balacalar indiyə qədər görə bilmədikləri səhnə arxası ilə tanış olub, tamaşalara çəkilmiş eskizlərə baxıb, maraqlı və yaddaqalan vaxt keçiriblər.

Fərmayıl Paşayev Gəncə Dövlət Kukla Teatrının direktoru: Beynəlxalq teatr gününü bütün teatrlar qeyd edir, həmçinin biz Gəncə Dövlət Kukla teatrı olaraq. Bütün balaca tamaşaçılarımızn hamsını teatra dəvət etmişik. Sosial şəbəkələrimizdə yayımlanıb bu xəbərlərimiz. Uşaqlar rəssam sexlərində olacaq, rəssamlşarın necə kuklaların üzərində işləmələrini görəcək. Kuklanın necə hazırlanması ilə tanış olacaqlar.

Tamaşadan öncə izləyicilərə teatrın tarixini əks etdirən videoçarx nümayiş olunub. Kukla Teatrının Vətən müharibəsi iştirakçısı olan yeni baş rejissoru tamaşaçılarla görüşüb, səhnəciklər haqqında məlumat verib.

Şamil Məmmədli baş rejissor: Son günlər göstərdiyimiz tamaşalar adətən novruz adət əənlərini əks etdirn tamaşalardır. Hər zaman oldyğu mkmi bu tamaşda da uşaqların zövqünü oxşamağa çalışdıq. İstər musiqilərdə istər səhnə tərtibatlarında. Müasir və köhnə nağıll qəhrəmanlarını birləşdirərək uşaqlara yep yeni bir tamaşa nümayiş etdurduk və tamaşa bitdikdən sonra uşaqlarla sorğu aula aparırıq. Onlarda tamaşamızı bəyəndilrə.

Gəncə Dövlət Kukla Teatrının kollektivi bayram günlərində azyaşlı izləyicilərini hər gün öz çıxışları ilə sevindirib. Hazırda teatrda yeni tamaşa üzərində iş gedir. Yaxın zamanda tamaşaçılara daha bir səhnə əsəri təqdim olunacaq.

Fərmayıl Paşayev Gəncə Dövlət Kukla Teatrının direktoru: Xatırladım ki, bu novruz tətili günlərində hər gün qonaqlarımız oldu. Balaca tamaşaçılar teatrımızı ziyarət edtidlər, tamaşalarımıza baxdılar və bizdə onıara bir bayhram sevinci bəxş elədik. Son repertuar üzərində tamamlama işləri gedir. Aprel ayının əvvəlində rəsul rzanın tamaşasının primierasını eləyəcəyik. Tamaşanın quruluşcy rfejissoru Şamil Məmmədlidir.

Yaradıcı heyət Dünya Teatr Günündə “Novruz əhvalatları” tamaşası ilə çıxış edib. “Açıq qapı” günü mədəniyyət ocağının azyaşlı tamaşaçıları və onların valideynlərinin böyük marağına səbəb olub.&nbsp;(<span style="color:red">(VOX-POP Valideyin və uşaqlar tamaşa haqqında məlumat verir.

50 dəqiqəlik səhnə əsərinin quruluşcu rejissoru Şamil Məmmədli, senari müəllifi Zülfiyyə Əliyeva, quruluşcu rəssamı isə Araz Əsgərovdur.