• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 960
— 27.03.2022 20:48

Qarabağda mədəniyyətimizin dirçəlişi üçün tarixi səhifə açılıb

KepezTV Player

Bu gün 27 mart - Dünya Teatr Günüdür. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Azərbaycan da zəngin tarixli teatr sənətinə malik ölkələrdəndir. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyuldu. Azərbaycan teatr sənəti sonrakı dövrlərdə mühüm inkişaf mərhələləri keçib. Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Lakin çox təəssüf ki, onlardan bəziləri öz doğma məkanlarında deyil, digər yerlərdə fəaliyyətlərini davam etdirir. Söhbət Şuşa, Ağdam, Füzuli teatrlarından gedir. Vətən müharibəsində qazandığımız Zəfər sayəsində Qarabağda mədəniyyətimizin dirçəlişi üçün də tarixi səhifə açılıb. Otuz il əvvəl Qarabağdan – Şuşadan, Ağdamdan, Füzulidən didərgin düşən teatrlarımız tezliklə yenidən qurulacaq doğma şəhərlərdə fəaliyyətini davam etdirəcək.