• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 27.03.2022 20:36

Qızıl mağazasından 60 min manatlıq oğurluq edilib

KepezTV Player

Göyçayda naməlum şəxslər qızıl mağazasına daxil olaraq soyğunçuluq ediblər. Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən, sahibkar Cəbrayıl Abakarova məxsus qızıl və gümüş əşyaların satışı mağazasına daxil olan iki maskalı şəxs oradan dəyəri təxminən 60 min manat olan qızıl-zinət əşyalarını götürərək qaçıb. Məlumata görə, oğrular qızıl mağazasının sahibi və satıcısı olan Cəbrayıl Abakarovu izləyiblər, onun qonşu mağazaya keçməsindən istifadə edərək dərhal içəri daxil olublar. Satıcı 5 dəqiqə sonra geri qayıdarkən üzlərinə maska keçirmiş iki nəfər naməlum şəxslə qarşılaşıb, onlar əlindəki tapança ilə Abakarovu qorxudaraq mağazadan çıxıb və küçədə hərəsi bir tərəfə qaçıb. Mağazanın müşahidə kameraları işləmədiyi üçün oğruların kimliyini müəyyən etmək hələ ki, mümkün olmayıb. Faktla bağlı polis əməkdaşlarına məlumat verilib, araşdırma aparılır.