• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 711
— 27.03.2022 20:40

Fərrux kəndi Azərbaycanın tam nəzarəti altına keçib

KepezTV Player

Azərbaycan Ordusu dislokasiya işləri apararaq mövqelərini möhkəmlədir. Beləliklə, tarixi torpaqlarımızdan olan Fərrux kəndi də Azərbaycanın nəzarəti altına keçib.“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi qələbə qazanaraq 30 il müddətində işğala məruz qalan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi növbəti tarixi qələbədir. Bu torpaqlar Azərbaycanın əzəli əraziləridir və bundan sonra da bütün o torpaqlar Azərbaycanın nəzarəti altında olacaq. Azərbaycan Prezidentinin “Nəyi, nə vaxt, necə etmək lazımdır, biz bunu bilirik” sözləri indi öz yerini bir daha təsdiqləmiş oldu. Uğurlu diplomatik-siyasi yollarla artıq Fərrux kəndi də Azərbaycanın tam nəzarəti altına keçdi.