• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1988
— 26.03.2022 20:44

Paytaxtda bazar ertəsinə qədər komendant saatı tətbiq ediləcək

KepezTV Player

Ukraynanın Kiyev şəhərində və eyniadlı vilayətdə bu gündən etibarən komendant saatı tətbiq ediləcək. Bu barədə Kiyev meri Vitali Kliçko özünün teleqram kanalında məlumat verib. “Hərbi komandanlığın qərarı ilə Kiyev şəhərində və Kiyev vilayətində komendant saatı yenidən gücləndiriləcək. Komendant saatı bu gün axşam saat 20:00-dan bazar ertəsi - martın 28-i səhər saat 07:00-a qədər davam edəcək. Komendant saatı zamanı yalnız xüsusi buraxılışı olan avtomobillər şəhərdə hərəkət edə bilər. Kiyevlilər yalnız həyəcan siqnalı ilə sığınacağa getmək üçün bayıra çıxa bilərlər. İctimai nəqliyyat, mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri işləməyəcək”, - Kliçko bildirib.