• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 26.03.2022 20:33

Bir məktəbdən 32 şagird RFO-nun finalında

KepezTV Player

Ümumilikdə 30 minə yaxın şagirdin qatıldığı olimpiada azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla 8 fənn üzrə keçirilir. Gəncənin bütün məktəblərinin təmsil olunduğu respublika fənn olimpiadasında şəhər üzrə ən yüksək nəticəni Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri göstəriblər. Onlardan 32 nəfər bilikləri ilə seçilərək final turunda mübarizə hüququ qazanıb.

Rəşad Qədirov  FRİTL-in direktoru: Liseyimiz 2019-2020 ci tədris ilindən fəaliyyətə başlayıb və bu 3 il ərzində müxtəlif beynəlxalq və yerli müsabiqə və olimpiadalarda iştirak edib. Şagirdlərimiz uğurları var.  Bu il də ölkə üzrə 32 şagirdimiz respyblika fən olimpiadasının finalına çıxıb. Və bu ölkə üzrə ən yaxşı nəticə göstərən 3cü məktəb siyahısına düşüb. Ümid edirik ki , şagirdlərimiz bu olimpiadada da müxtəlif əyarlı medallar alacaq və yüksək nəticələr göstərəcəklər.

9-11-ci və xüsusi istedadlı 8-ci sinif şagirdlərinə iştirak hüququ verən respublika fənn olimpiadalarında Gəncənin 3 məktəblisi ölkə üzrə ən yüksək nəticə göstərib.

Jalə Nəbiyeva şagird: Mən keçən il 8ci sinifdə kimya fənni üzrə fənn olimpiadalarına qatıldım və bürünc medal qazandım. Bu il də Kimyadan fənn olimpiadalarına qatıldım.  Və 32 nəfərdən ən yüksək yığanlardan biri də mənəm.

Zəhrabəyim Abdullayeva şagird: Keçən il republika fən olimpiadalarına qatılıb biologiya fənnindən bürünc medal aldım. Bu il isə yenə qatılıb final mərhələsinə keçdim. Və respublikada biologiya üzrə ən yüksək nəticə məndə idi. İndi isə yenə final mərhələsinə hazırlaşırıq. Və həmçinin bu il ölkə üzrə beynəlxaql biologiya üçün hazırlıq qrupundayam. Və bu il böyük ehtimal ölkəmizi təmsil edəcəyəm. Digər şagirdlərə də uğurlar arzulayıram.

Beynəlxalq və respublika  fənn olimpiadalarının daha bir müsbət tərəfi odur ki, bu bilik yarışlarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Firuddin Abdullayev şagird: Biologiya fənni üzrə 3cü yer tutub bürünc medalla təltif olundum. Çox sevincli hal idi mənim üçün. Biraz suallarım var idi ki, keççə bilərəmmi, ancaq çalışmağın nəticəsi özünü göstərdi. Bir neçə seçim var idi qarşımda ki, ya DİM in imtahanlarına hazırlaşıb qəbul ollum yada olimpiadalarla. Mən fikirləşdim ki, olimpiada ilə qəbul olmaq daha öyrədici, genişmiqyaslı bir yoldur. Və beləliklə finala çatdım.

Fənn olimpiadalarının təşkilində məqsəd istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım göstərməkdir. Builki fənn olimpiadalarında FRİTL şagirdlərindən əlavə, Gəncənin digər məktəblərində təhsil alan 15 şagird də final mərhələsində iştirak hüququ əldə edib.

Aişə Rzayeva