• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 24.03.2022 18:00

Bələdiyyə borclarının məsuliyyətini kim daşıyır?

KepezTV Player

İllərdir ki, əmlak və torpaq vergisi üzrə borcunu ödəməyən vətəndaşlara əlavə faiz hesablanır. Bəs bələdiyyələrin topladığı vergi üzrə borc gecikdirildiyi təqdirdə, əlavə faiz hesablama səlahiyyəti varmı? Vətəndaşlar nə üçün bələdiyyəyə ödənişi vaxtında etməlidir? Ödəniş olunmasa hansı cəriələr tətbiq oluna bilər? Bu suallara qarşıdakı videomaterialda cavab tapmışıq.
 

Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi olduqca mühüm məsələdir. Çünki, əhali qarşısında qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hesabat verən bələdiyyələr yerli əhalinin problemlərinə bələd olmaqla yanaşı, onların həlli üçün qərarlar qəbul edirlər. Ancaq görünür həmin qərarlar bəzi hallarda vətəndaşları məmnun etmir.

Bələdiyyələrlə bağlı qəbul edilmiş qanunvericilik aktlarında bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə dair kifayət qədər tənzimləyici normalar müəyyən edilib. Bu normalar istər bələdiyyələrin özünə, istər dövlətə, istərsə də əhaliyə qarşı münasibətdə özünü göstərir. Vergilərin toplanması da bu qəbildən olan məsələlərdəndir. Vergi məcəlləsinin müvafiq maddələrinə əsasən fiziki şəxslər əmlak və torpaq vergisi ödənilməlidir. Yəni vətəndaşın bələdiyyə qarşısında öhdəlikləri mövcuddur.

Hal-hazırda istifadə olunan metod bildirişlər vasitəsilə vətəndaşları vergilərini vaxtı-vaxtında ödənişlərini etməyə təşviq etməkdir. Onlara təqdim olunan yerli ödəyici kodu əsasında vətəndaşlar bələdiyyələrə olan borclarını ödəyə bilərlər. Təbii ki, vaxtından gec olmamaq şərtilə.

Yerli vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində faəliyyəti tam aşkarlıq şəraitini təmin etmək məqsədilə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, zəruri məlumatları şəhərin müxtəlif nöqtələrində xüsusi lövhələrdə yerləşdirirlər. Ancaq bəzi hallarda ödənişi etməkdən boyun qaçıranlar da olur. Bu məqamda hansı tədbirlər tətbiq olunur?

Bələdiyyələr şəffaflığın təmin edilməsi üçün insanlarla daim təmasda olmalı, öz işləri haqqında onlara məlumat verməlidirlər. Bələdiyyələr öz işlərini aşkarlıq və şəffaflıq şəraitində qurmalı və yerli əhalini ölkədə gedən proseslərə cəlb etməlidirlər. Vətəndaşlar da üzərinə düşən öhdəlikləri dərk etməli və bundan yayınmamalıdırlar.

Valeh Anaroğlu