• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 24.03.2022 18:14

Səyyar sirk maraqlı çıxışlarla uşaqları sevindirdi

KepezTV Player

Bayram günlərini səmərəli keçirmək üçün “Arlekin” adlı səyyar sirk ilk dəfə olaraq Gəncədə balacaların qonağıdır. Ötən günlərdən fərqli olaraq sirkin bugünkü seansları şəhid və qazi övladları, eləcə də imtiyazlı və aztəminatlı ailələrin uşaqları üçün tşkil edilib. Valideyn himayəsindən məhrum olan uşaqlar da yaddan çıxarılayıb.

Əhilləşdirilmiş meymun, boru üzərində gəzən pişiklər, halqalarla rəqs edən göyərçinlər, veloşou, şən klonlar, kəndirbaz, illuziyaçı və akrobatlar. Bütün bunlar Gəncə Olimpiya İdman Kompleksində şəhid və qazi övladları, eləcə də imtiyazlı ailələrin uşaqları üçün təşkil edilən sirkdə nümayiş etdirilib. Bakıdan olan “Arlekin” adlı səyyar sirk ustaları uşaqların qəlbinə rəngarəng çıxışlarla yol tapmağı bacarıb, əylənmələri üçün çalışıblar. 

Nümayiş etdirilən sirkdə 15-ə yaxın biri-birindən maraqlı, orijinal çıxışlar və nömrələr balacalarda xoş təəssurat, unudulmaz anlar yaratdıb. Ələxsus da müxtəlif heyvanların bənzərsız çıxışları, toplarla nümayiş etdirilən şoular və uşaqların iştirakı ilə göstərilən səhnələr alqışlarla qarşılanıb. 

Gəncədən sonra “Arlekin” sirki Mingəçevir və Biləsuvara üs tutacaq və həmin rayonlardan olan balacaların əhvalını yüksəldəcək. Digər şəhər və rayonlarda balacaların qonağı olmaq da planlaşdırılır.

Elnur Vahidoğlu