• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 730
— 24.03.2022 17:50

Əri tərəfindən avtomobillə vurulan və bıçaqlanan qadın ölüb

KepezTV Player

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.Olay rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Mehman Süleymanov idarə etdiyi "Range Rover" markalı avtomobillə həyat yoldaşı, 1985-ci il təvəllüdlü Əfsanə Məmmədovanı vurub, daha sonra qadını bıçaqlayıb. Yaralı ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbləri araşdırılır.