• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1859
— 24.03.2022 17:58

NATO liderlərinin zirvə toplantısı

KepezTV Player

Belçikanın paytaxtı Brüsseldə NATO dövlət və hökumət başçılarının görüşü başlayıb. Sammit Alyansın mənzil-qərargahında keçirilib. İclasda 30-a yaxın ölkənin nümayəndələri iştirak edib. Tədbirin əsas mövzusu Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar olub. İclasdan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla görüşüb və Ukraynadakı vəziyyəti müzakirə edib.

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, NATO-ya üzv ölkələr Kremlin aqressivliyini qınayır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu müharibənin Rusiya üçün ağır nəticələnməsindən ötrü səylərə davam ediləcək.***
NATO rəhbərliyi Alyansın Şərq sərhədlərini gücləndirmək barədə qərar qəbul edib. Estoniya, Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Ruminiya və Bolqarıstana əlavə canlı qüvvə və texnika, o cümlədən qırıcı təyyarələr göndərib.