• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2213
— 23.03.2022 21:38

Bayramı iş başında olanlar

KepezTV Player

Elə peşə sahibləri var ki, onlar Novruzu iş başıda qarşılayır. Ona görə ki, biz bayramı evdə, ailəmizlə birlikdə rahat və qayğısız qeyd edə bilək. Nərgiz Əhmədqızı işini hər şeydən çox sevən belə peşə sahibləri haqqında sujet hazırlayıb, izləyək.

Əsrlərin sınağından çıxaraq, bu günümüzədək gəlib çatan Novruz, xalqımızın ən əziz bayramlarından biridir. Belə bir inanc var ki, bir Novruzu ailənlə bir yerdə keçirmədinsə, 7 il bu bayramı evdən kənarda qeyd edəcəksən. Lakin elə peşə sahibləri var ki, onlar Novruzu ailəsi ilə yanaşı iş başında da qarşılayır.

Bayramı iş başında qarşılayanlar sırasında hüquq-mühafizə orqanının əməkdaşları da var. Biz bayramı evdə, ailəmizlə birlikdə rahat və qayğısız qeyd etdiyimiz halda onlar ictimai asayışın pozulmamasının keşiyindədirlər.

Bu sıraya həkim və polislərlə yanaşı yanğınsöndürən-xilasediciləri, kommunal təsərrüfat sahəsində çalışıb Novruz bayramında növbədə olanları, eləcə də bir sıra xidmət sahəsində çalışanları da aid edə bilərik. Elə televiziya işçiləri də bayram günlərində çalışanlardandır.

Bir Novruzu da belə qarşıladıq. Canınız sağ, üzünüz təbəssümlü, gözləriniz sevincli, süfrələriniz bol, ruzi bərəkətli olmaq arzusu ilə

Nərgiz Əhmədqızı