• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1167
— 23.03.2022 21:34

ADAU tələbələri maşın-traktor parkında

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsində təhsil alan Aqromühəndislik ixtisasının tələbələri Goranboy rayonunda yerləşən Maşın-traktor parkında olublar.Təcrübi dərs məqsədi daşıyan səfərdə tələbələrə kənd təsərrüfatında geniş istifadə olunan mexaniki maşınlar, onlardan istifadə qaydaları və qurğuları haqqında əyani şəkildə məlumatlar verilb.

Goranboy rayonunda yerləşən maşın-traktor parkında tələbələrə pambıqsəpən mexaniki və pnevmatik səpin aqreqatları, səpində istifadə edilən qurğuların düzgün nizamlanması, səpin normasının təyin olunması haqqında ətraflı məlumat verilib. Qurğuların nizamlanması əyani şəkildə nümayiş etdirilən tələbələr tərəfindən proses fərdi qaydada yerinə yetirilib.

Turac Paşayev tələbə:Biz müəllimlərlə bu sahəyə gəldik. Maşın traktor parkında John Deere, New Holland markalı traktorlarla və onlara qoşulan kənd təsərrüfatı maşınları ilə yaxından tanış olduq. Onların konstruksiyası ilə, işləmə prinsipi ilə tanış olduq. Belə sahələrdə öz bilik və bacarıqlarımızı tətbiq etmək istəyirik.

Xəyal Orucov tələbə: Bu gün müəllimimiz  bizi maşın-traktor parkına gətiriblər. Buradakı texnikalarla tanış olmağa. Dərslərdə əyani formada keçirdik ama belə sahələrə gəlməyimiz bizə ixtisasımızı öyrənməyə daha çox kömək olur. Burdada biz müxtəlif firmaların pambıqyığan maşınları və traktorları ilə tanış oluruq. Belə səfərlərin olmağı yaxşıdır. Mən də gələcəkdə kənd təsərrüfatı mühəndisi olmaq istəyirəm. Düşünürəm ki, gələcəkdə daha yaxşı mütəxəssis olmaq üçün gəlib bu texnikalarla tanış olmaq bizim üçün məqsədəuyğundur.

Təcrübə səfərində mütəxəsislər tərəfindən tələbələrə təcrübə sınaq işləri zamanı gedən proseslər izah olunub. Eləcə də kənd təsərrüfatı texnikalarının düzgün istismarının məhsuldarlığa göstərdiyi təsirdən söhbət açılıb.

Zöhrab Babayev müəllim: Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin tələbəri istehsalat şəraitində maşın traktor parkı ilə tanış olurlar. Düzdü bu gün respublikamızda müasir texnika və texnologiyalar tətbiq olunur. Eyni zamanda tələbələr ADAU-nun maddi-texniki bazasında nəzəri biliklərə yiyələnməklə yanaşı, bu gün istehsalat şəraitində də bilik və təcrübələrini tətbiq etməyə çalışırlar.

Daha sonra maşın traktor parkında yaz tarla işlərinə hazırlıq vərdişlərinin təmin edilməsi mövzusunda tələbələrə məlumat verilib, pambığın yetişdirilməsi, tədarükü ilə bağlı onların sualları cavablandırılıb.

Valeh Anaroğlu