• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 22.03.2022 19:52

78 yaşlı sakininin qeyri-adi bacarığı

KepezTV Player

Şəkər və şəkər tozu gündəlik həyatımızda böyük önəmə malikdir. Azərbaycanlıların şirin qida qəbuluna öyrəşdiyini nəzərə alsaq, sözügedən qənnadı məhsulları həyatımızda daha vacibdir deyə bilərik. Bəs pul xərcləmədən bu məhsulları əldə edə bilərikmi? Bax bu mümkündür, özü də qeyri-adi üsulla.

Yəqin ki hər birimiz çay içərkən qənddən istifadə edirik. Amma bunu pul verib alaraq qəbul edirik. Müsahibim Müzadil Əliyevdən fərqli olaraq. O, şəkəri özü istehsal edir. Özü də çox maraqlı üsulla, xurmanı qurutmaqla.

Yaşı 70-dən çox olan Gəncə sakini xüsusilə nəvələrini xəstəlikdən mühafizə etmək üçün bu yola əl atıb. Bu da uğurlu alınıb. Bir müddət sonra istehsal olunan “təbii qənd” onun qohumları tərəfindən böyük maraqla istehlak olunmağa başlayıb. Məqsədinin mənfəət əldə etmək olmadığını deyən Müzadil dayı, onun hazırladığı məhsulun xəstəliklərə qarşı effektli olduğunu vurğulayır.

Xüsusən də hərbiçilərə tövsiyələr verən qeyri-adi qənnadi ustası xurmadan qənd hazırlamağın elə də çətin olmadığını bildirir. Ələxsus da yaşının çox olması, onun bu işi görməyinə mane olmur.

İnsanın zövq və bacarıqları onun istəyi qarşısında formalaşır. Qərarlı və iradəli davranmaqla isə müxtəlif faydalı işlər görə bilərik. Elə Müzadil Əliyev kimi.

Valeh Anaroğlu