• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 22.03.2022 20:14

İlk dəfə keçirilən muğam müsabiqəsinə yekun vuruldu

KepezTV Player

İlk dəfə olaraq Gəncədə Nizami ili çərçivəsində keçirilən televiziya muğam müsabiqəsinə yekun vurulub. Gəncə regional mədəniyyət idarəsinin təşkilatçılığı və Kəpəz Müstəqil Teleradio şirkətinin dəstəyi ilə reallaşan yrışmanın iştirakçılarının final konserti olub. Qaliblər seçilərək diplom və hədiyyələrlə mükafatlandırılıblar.

İlk dəfə keçirilən televiziya müğam müsabiqəsinin iştirakçılarının konserti Gəncə Dövlət Filarmoniyyasında baş tutub. Ötən ilin noyabır ayından qeydiyyatı aparılan müsabiqədə 50 nəfərə yaxın muğam ifaçısı iştirak edib. İfaçılar Gəncə ilə yanaşı Göygöl, Bərdə, Goranboy, Kəlbəcər, Samux və Gədəbəy rayonlarından 8-35 arası vətəndaşlar olub. Seçim turunun münsiflər heyyətində isə Xalq artistləri Şahnaz Haşımova, Fikrət Verdiyev, Adil Bayramov, əməkdar artist Mahir Məmmədov, eləcə də muğam ustadları Vaqif Mirzəyev, Şahin Mirzəyev və Təvəkkül Hüseynov təmsil olunub. Finala vəsiqə qazanan və tamaşaçılar qarşısında çıxış edən 13 nəfər iştirakçı Nizami Gəncəvinin qəzəllərindən birini səsləndirib. Həmçinin müsabiqədə Qarabağa aid mahnılar ifa ediblər.

Müsabiqənin şərtlərinə görə 1 nəfər qran-pri mükfatına layiq görülüb. Qaliblərə Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən xatirə hədiyyələri və diplomlar təqdim edilib. Həmçinin müsabiqənin təşkilində xidməti olanlara, o cümlədən media dəstəyi göstərən Kəpəz Müstəqil Teleradio şirkətinə diplom təqdim edilib.

Elnur Vahidoğlu