• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 22.03.2022 19:59

Bayramdan sonra yaranan həzm problemi

KepezTV Player

Hər bayramda olduğu kimi Novruz bayramında da, hər evdə bir birindən gözəl təamlar hazırlanır. Nəfsimizə yox deyə bilməyib bu yeməklərdən doyana qədər yeyirik. Sonra da normal olaraq həzm, mədə-bağırsaq problemləri yaşayırıq. Bəs bunun qarşısını necə almaq olar? Bu barədə həkim tövsiyyələri var, gəlin izləyək.

Azərbaycan mətbəxi olduqca zəngindir. Bayramlarımızı qeyd edəndə isə demək olar ki, bütün evlərdə növbənöv təamlar hazırlanır. Novruz bayramında isə şəkərbura, paxlava, qoğal və başqa milli şirniyyatlarımız xörəklərlə birgə süfrələrin bəzəyi olur. Yağlı, yüksək kalorili eyni zamanda gec həzm olunan yeməkləri bir arada qəbul edəndə isə təbii olaraq, mədə-bağırsaq sistemində problemlərlə rastlaşırıq.

Həkimin sözlərinə riayyət etsək təbii ki, risk faktoru 50 faiz azalar. Buna baxmayaraq mədə-bağırsaq problemi olanlar, öd kisəsində narahatlıqları olanlar daha diqqətli olmalıdır. Qarşılacaqları probləmlərdə dərhal həkimə müraciət etmək məsləhət görülür.

Yemək üstündən yemək həzm prosesi üçün ziyanlıdır və bədən üçün ciddi təhlükədir, tam acan zaman qida qəbul etmək və tam doymamış süfrədən qalxmaq bədənin sağlamlığının və əhval-ruhiyyənin hifz edilməsinin və ömrün uzadılmasının ən ali amilidir.

 Nərgiz Əhmədqızı