• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 22.03.2022 19:58

Təntənəli Novruz şənliyi keçirildi

KepezTV Player

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Şəmkirdə ümumrayon şənliyi keçirilib. Bayramsayağı bəzədilən şəhər meydanında Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi ilə təşkil olunub. Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud xeyir-dua verib, bayram münasibəti ilə rayon sakinlərini təbrik edərək bol ruzi-bərəkət və əminamanlıq arzulayıb. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bütün xalqımızı, şəhid ailələrini, qaziləri və rayon sakinlərini Novruz münasibətilə təbrik edərək bayramın artıq daha coşqulu, daha möhtəşəm qeyd edildiyinə diqqət çəkib. Çünki 30 illik torpaq həsrətinə son qoyulub. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində aparılan məqsədyönlü iş nəticəsində Novruzun YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığına diqqət çəkib. Novruz şənliyində rayon Təhsil Şöbəsinin, mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert verilib, Kosa və Keçəl tədbir iştirakçılarında xoş ovqat yaradıb. Tədbridə qazilərimiz də unudulmayıb. Rayon Təhsil Şöbəsi tərəfindən qazilərə və N saylı hərbi hissənin əsgərlərinə bayram sovqatları verilib. Sonra bayram tonqal qalanıb, şadyanalıq yaşanıb.