• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1984
— 19.03.2022 19:52

Bayram günlərində immunitetin qorunması

KepezTV Player

Bayramlar insanları yaxınlaşdırır. Ancaq elə yaxınlıq etmək lazımdır ki, nə şiş yansın, nə də kabab. Söhbət təbii ki, Novruz bayramında süfrələrimizi bəzəyəcək kababdan getmir. Söhbət sağlamlıqdan gedir. Bəs bayramı öz yaxınları ilə qeyd etmək istəyənlər ən çox nələrə diqqət yetirməlidir?

Qarşıdan gələn bayram günlərindən sonra əlavə məhdudiyyətlərin olmaması insanların pandemiya reallığını nəzərdən qaçırmamasını şərtləndirir. Xüsusən də qohum ziyarəti, eləcə də qonaq qəbulu kimi məsələlərdə mental dəyərləri əsas götürüb sağlamlığa zidd olan hərəkətlərin edilməsi immunitetə ciddi şəkildə təsir göstərə bilər.

Rauf Həsənov sakin: Öpüşüb-görüşmək məsələsi bu bizim mentalitetimizdədi. Ənənəmizdi. Çalışmaq lazımdı bunu azaldaq. Ailə belədirki bu var ailədə. Qadağa qoymaqda olmur. Çalışıb qorunmaq lazımdı. Bunu həkimlər də, TƏBİB də məsləhət görür.

Bahar Qasımova sakin: Ara məsafəsini saxlamaq lazımdı sağlamlığı qorumaq üçün. Qismətində yoxdursa, düzdü o ölməyəcək. Ən azından əzab yaşamamaq üçün, xəstəlik keçirməmək üçün. Mən pandemiya olandan heç kimlə öpüşüb görüşmürəm. Ən yaxın adamımla belə. İnsan öz sağlamlığının qeydinə qalmalıdır. Xəstəlik öz əlimizdədir. Gərək özümüz məsafə saxlayaq ki, yoluxmayaq. Qorunmaq üçün mütləq bunu etmək lazımdır.

Əlixan Allahverdiyev sakin: Yaxşı qidalı yeməklərlə qidalanmaq lazımdı, soyuqdan özünü gözləmək lazımdır. Qayda qanunlara da əməl etmək lazımdı. Bizdə hansı məhsullar sağlamlığa faydalıdırsa, onu istifadə etməyə çalışırıq.

Xüsusilə vətəndaş məsuliyyəti pandemiyanın yayılmasını məhdudlaşdırmağa kömək edə bilər. Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara riayət etməklə, dezinfeksiyaedici maddələrdən və fərdi qoruyucu vasitələrdən istifadə etməklə və sosial məsafəni gözləməklə yoluxmadan qorunmaq olar.

Arzu Abdullazadə həkim: Bayram günlərində adətən əhalinin bir-birinin evinə qonaq getməsi, birlikdə kafe və restoranlarda bayramı qeyd etmək hallarına rast gəlinir. Ona görə də məsləhətdir ki, onların bu yerlərdə təmasları zamanı şəxsi gigiyena qaydalarına riayət etsinlər, əllərini sabunla yusunlar. Çox yaxın təmaslardan əl çəksinlər, qucaqlaşmaq, öpüşmək, bu kimi şeylərdən biraz uzaq olsunlar. Bundan əlavə bədənin immunabioloji reaktivliyini qaldırmaq üçün, tərkibində C vitamini, B qrupu vitaminlər olan meyvə-tərəvəz məhsullarından istifadə etsinlər. Aktiv həyat tərzi keçirsinlər, açıq havada çox olsunlar.

Novruz xalqımızın əsrlər boyu qeyd etdiyi milli bayramdır. Adət-ənənəyə uyğun olaraq bu əziz günlərdə yaxın qohumların, yaşlı insanların ziyarət olunması zamanı yaxın təmasdan çəkinməli, özümüzün və əzizlərimizin sağlamlığı baxımından məqsədəuyğun olanı etmək lazımdır. Novruz birlik və həmrəylik bayramı olsa da, gəlin birliyimizi pandemiyaya qalib gəlməklə nümayiş etdirək.

Valeh Anaroğlu