• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 19.03.2022 20:13

Novruz xonçalarına tələbat artıb

KepezTV Player

Bayramla əlaqədar olaraq Azərbaycanda müasir üslubda hazırlanan Novruz xonçalarına tələbat artıb. Əməkdaşımız Nərgiz Əhmədqızı bu cür xonçaların hazırlanması qaydası və qiymətləri ilə maraqlanıb,gəlin izləyək.

Novruz bayramının vacib sayılan atributlarından biri də bəzədilən xonçadır. Xonça il təhvil olanda artıq hazır olmalıdır. Novruzda xonça bəzəmək adəti qədimdən qalıb. Bu barədə orta əsr mənbələrində də məlumat var. Son dövrlərdə isə novruz xonçaları müasir üslüub və dizaynda düzəldilir ki, bu da insanlar tərəfindən çox bəyənilir. Bu tip xonçaları bayram vaxtı təzə gəlinə və ya qonaq gedəndə insanlar bir birlərinə hədiyyə edirlər.

Xatın Mədətova inzibatçı: Bir xonçanı düzəltmək 2 saatdan 8 saata qədər vaxtımızı alır. Xonçanı düzəldəndə taxtalardan, otlardan, gəlinciklərdən, boyalı yumurtalardan, Xurcundan istifadə edirik.

Bayram xonçası şamsız olmamalıdır. Çünki, şam Günəşin yerdəki rəmzi sayılır. Xonçaya ailə üzlərinin sayı qədər şam qoyulmalıdır. Şamları ailə başçısı il təhvil olan anda yandırmalı və ailəsinə xeyir-bərəkət diləməlidir. Xonçaya düzülən şamlar da yeni üslubda bəzədilir və müştələrə təqdim edilir. Eyni zamanda Novruzun olmazsa olmazı sayılan yumurtalarda tam fərqli görünüşdədir. 60 qəpikdən 3 manata qədər olan qiymətlərlə müştərilərə təqdim olunur. Xonçaların qiyməti isə dizaynına və ölçüsünə görə dəyişir.

Xatın Mədətova inzibatçı: Xonçaların dizayninə görə qiymət dəyişir. 20 manatdan 80 manata qədər xonçalar var. Müştərinin seçimindən asılıdır. Xanımlların və bəylərin zövqunə görə qiymət də dəyişir.

Süfrənizin hər zaman rəngarəng nemətlərlə bəzədilən və göz oxşayan olması diləyi ilə...

Nərgiz Əhmədqızı